"KəhrizSu" da həyata keçirilən layihə

İKAR QRUP MMC-nin tərkibində olan "Kəhriz" brendi adı ilə içməli su ilk dəfə 2008-ci ildə istehsal olunub satışa çıxarılmışdır. Bu dövr ərzində şirkət inkişaf edərək, istehsal etdiyi məhsulların keyfiyyətini hər zaman nəzarətdə və diqqətdə saxlayaraq, bazarda öz sözünü demiş su istehsal edən şirkətlərdən birinə çevrilmişdir.

Müəssisəsinin təhlükəsizliyini təmin etmək üçün, işçiləri və şirkətin qonaqları özlərini inamlı və rahat hiss edə bilməsi üçün müasir hərtərəfli video nəzarət sistemi qurmaq, girişə nəzarət və idarəetmə sistemi qurmaq tapşırıq verildi. 

Bu layihəni həyata keçirmək üçün "KəhrizSu" "Telcon LLC" şirkətini seçdi.

Müştəri tərəfindən verilən tapşırıqlar:

  • Müasir kompleks videomüşahidə sisteminin layihələndirilməsi.

  • Real vaxt rejimində yüksək keyfiyyətli monitorinqin və məlumat Arxivinin saxlanmasının etibarlılığının təmin edilməsi.

  • Girişə nəzarət və idarəetmə sisteminin quraşdırılması.

Bu obyekti təchiz etmək üçün "Dahua Technology"avadanlığı seçilmişdir. 

"Dahua Technology" kompleks həllinin üstünlüyü onun universallığı, istənilən sənayedə tətbiq olunma imkanıdır. Problemin effektiv həlli obyektin fəaliyyətinin xüsusiyyətlərinin təhlilinə, ən həssas zonaların və potensial təhdidlərin müəyyənləşdirilməsinə, mümkün cinayət ssenarilərinin tərtib edilməsinə və onların qarşısının alınması üçün tədbirlərin hazırlanmasına əsaslanan sistemli bir yanaşma tələb edir. Bütün təhlükəsizlik tələblərinə maksimum cavab verən və yüksək keyfiyyətli hadisə monitorinqini təmin edən video nəzarət həlli və avadanlıq təchizatçısının seçimi əsas əhəmiyyət kəsb edir.

Layihə Telcon LLC mütəxəssislərinin əlaqələndirilmiş işi sayəsində peşəkar və vaxtında həyata keçirildi. Bu layihənin həyata keçirilməsində Tahir RəhimovFizuli HəsənovÜmid Ağamalızadə və Oleq Arbuzov iştirak ediblər.

Sistemə daxil olan avadanlıqlar: