TELCON LLC Azərbaycanda KLUBB brendinin rəsmi distribütoru oldu

25.01.2026
TELCON LLC Azərbaycanda KLUBB brendinin rəsmi distribütoru oldu
Təsvir

Telcon, Fransanın aparıcı texnika istehsalçısı olan KLUBB Group ilə əməkdaşlığa başlayaraq, markanın Azərbaycandakı rəsmi diler və nümayəndəsi statusunu əldə edib.

Bu tərəfdaşlıq çərçivəsində Telcon, telekommunikasiya, elektrik və enerji, tikinti və sənaye, yaşıllaşdırma və kommunal sektorlar üçün, müxtəlif bazalı avtomobillər üzərində quraşdırılan yüksəklik platformaları və qaldırıcı səbətləri təqdim edir.

KLUBB Group 25 ildən artıq beynəlxalq istehsal təcrübəsinə malikdir və məhsulları 100-dən çox ölkədə istifadə olunur. Brend Avropa istehsalı, ISO sertifikatlı, yüksək təhlükəsizlik standartlarına uyğun və uzunmüddətli istismar üçün nəzərdə tutulmuş texniki həllərlə tanınır.

Telcon MMC tərəfindən təqdim olunan yüksəklikdə iş platformaları çox yığcam və kompakt olmaqla, çətin keçilən, dar və narahat bölgələrdə iş imkanlarını asanlaşdırır. Onların digər unikal xüsusiyyəti, tək adam tərəfindən idarə və istifadə oluna bilinmələridir.

Hündürlükdə iş üçün platforma və qaldırıcı səbətlər aşağıdakı kateqoriyaları əhatə edir:

  • Minivan üzərində platformalar (10–15 m) – şəhər və telekom infrastrukturu
  • Elektrikli yüksəklik platformaları – emissiyasız, səssiz və ekoloji təmiz əməliyyat
  • Şassi üzərində platformalar (11–29 m) – enerji və sənaye obyektləri
  • Pick-up üzərində platformalar – çətin relyef və off-road mühitində sərbəst hərəkət
  • Teleskopik və artikulyasiyalı platformalar – yüksək çatım və dəqiq mövqeləmə
  • İzolyasiyalı yüksək gərginlik platformaları (0–500 kV) – elektrik şəbəkələri üçün maksimum təhlükəsizlik

KLUBB-un bazardakı əsas fərqi Avropada yeganə daxili yüksək gərginlik test mərkəzinə sahib olmasıdır. Bu imkan izolyasiyalı platformaların IEC beynəlxalq standartlarına tam uyğunluğunu və operator təhlükəsizliyini təmin edir.

Telcon müştərilərinə yalnız avadanlıq satışı deyil, layihəyə uyğun texniki seçim, mühəndis məsləhəti və satışdan sonra servis dəstəyi də təqdim edir.

Bu əməkdaşlıq Azərbaycanda ekoloji təmiz, enerji və xərclər baxımından daha qənaətli texnikaları istifadəçilər üçün əlçatan etməklə yanaşı, iri infrastruktur layihələri üçün etibarlı texniki tərəfdaşlıq yaradır.