Günəş paneli ilə müstəqil 8 meqapiksellik fırlanan (PT) IP videokamera

11.04.2026
Günəş paneli ilə müstəqil 8 meqapiksellik fırlanan (PT) IP videokamera
Təsvir
Telcon şirkəti elektrik şəbəkəsinə və simli internetə çıxışın olmadığı ərazilər üçün nəzərdə tutulmuş Hikvision brendinin yeni innovativ videomüşahidə kamerasını – DS-2CFSP8-D/4G(2.8+4mm)/EU modelini təqdim edib. Bu cihaz uzaq və çətin şəraitdə belə fasiləsiz təhlükəsizliyi təmin edir.

Linkə keçid edərək, siz bu məhsul haqqında ətraflı məlumat və sifariş edə bilərsiniz

Tam avtonom işləmə

Günəş paneli və daxili akkumulyator sayəsində kamera sutkanın 24 saatı fasiləsiz işləyə bilir. Bu xüsusiyyət onu tikinti sahələri, kənd təsərrüfatı əraziləri, uzaq sənaye obyektləri və müvəqqəti quraşdırmalar üçün ideal həllə çevirir.

4G vasitəsilə əlaqə

Mobil rabitə dəstəyi sayəsində kabel infrastrukturunun çəkilməsinə ehtiyac olmadan Azərbaycanın istənilən nöqtəsində videomüşahidə sistemini təşkil etmək mümkündür.

İki linza və PT idarəetməsi

2.8 mm və 4 mm fokus məsafəsinə malik obyektivlərin kombinasiyası geniş baxış bucağı və yüksək təsvir detallığını təmin edir. Pan-Tilt (PT) funksiyaları isə geniş ərazilərin effektiv şəkildə nəzarətdə saxlanmasına imkan yaradır.

24/7 rəngli görüntü

24/7 rəngli çəkiliş texnologiyası zəif işıqlandırma şəraitində belə aydın və keyfiyyətli video təmin edərək obyektin təhlükəsizlik səviyyəsini artırır.

Uzaqdan giriş

Kameranın idarə edilməsi və videoya baxış Hik-Connect mobil tətbiqi vasitəsilə həyata keçirilir. İstifadəçilər real vaxt rejimində bildirişlər almaq imkanına malikdirlər.